İdman avtomobili istehsalçısı “Porsche” şirkətinin Müşahidə Şurasının rəhbəri Volfqanq Porşe Avstriyada dördüncü dəfə evlənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Qeyd edilib ki, 82 yaşlı Porşenin həyat yoldaşı Qabriele zu Leiningen ondan 20 yaş kiçikdir.
Onların Avstriyanın Zalsburq şəhərində keçirilən toy mərasimlərinin çox sadə olduğu bildirilir.
Bu, Porşenin dördüncü, Qabriele zu Leiningenin isə üçüncü evliliyidir.
Yeni evlənənlər 20 ildən çoxdur ki, bir-birini tanıyırlar və 2023-cü ildə birlikdə yaşamağa başlayıblar.
2024-cü ilin məlumatlarına görə, Porşe ailəsi Almaniyada yeddinci ən varlı ailədir və onların sərvəti 52,8 milyard avro (62,4 milyard dollar) təşkil edir.
Frankfurtda anadan olan Qabriele Zu Leiningen bir vaxtlar UNESCO-da qadın bərabərliyi üzrə məsləhətçi olmuş və 2014-cü ildə boşandığı İsmaili dini icmasının lideri şahzadə IV Ağa Xanla evlənməzdən əvvəl İslam dinini qəbul etmişdi.
Qabriele Zu Leiningen keçmiş zadəgan ailəsi olan Tissenlərdəndir və Almaniyanın ən böyük polad şirkəti olan “ThyssenKrupp”un hazırkı sahibləridir.


Son xəbərlər
Son Xəbərlər