Portuqaliyada funikulyor relsdən çıxdı - Ölən və yaralananlar var

portuqaliyada-funikulyor-relsden-cixdi
Oxunma sayı: 2182

Portuqaliyanın paytaxtı Lissabonda funikulyor qəzası baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Lissabonun məşhur turistik məkanı olan “Gloria” funikulyoru relsdən çıxıb.

İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər ölüb, 20 nəfər yaralanıb.