Prezident ailəsi ilə Xocalı Soyqırımı Memorialının açılışını etdi - Yenilənib

prezident-ailesi-ile-xocali-soyqirimi-memorialinin-acilisini-etdi
Oxunma sayı: 3597

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub.

Dövlət başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış olublar və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.