Prezident icra başçısını vəzifədən çıxardı - Yeni təyinat

prezident-icra-bascisini-vezifeden-cixardi-
Oxunma sayı: 14048

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir: “Nurəddin Beytulla oğlu Quliyev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

***

Prezidentin digər sərəncamı ilə Rafael Qəzənfər oğlu Babayev Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.