Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Niderland Krallığının Baş naziri Rob Jetten arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezidentin “X” hesabında paylaşım edilib.
“Bu gün Niderlandın Baş naziri Rob Yetten mənə telefon zəngi etdi. Siyasi dialoqumuzu və iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirmək barədə razılığa gəldik. Biz, həmçinin regional proseslər ətrafında fikir mübadiləsi apardıq və mən Niderlandın bölgədə dayanıqlı sülhə və sabitliyə verdiyi dəstəyə görə məmnunluğumu bildirdim”, - paylaşımda deyilir.
Son xəbərlər
Son Xəbərlər