“Qafqazinfo”nun məlumatına görə, İlham Əliyev bulvarın rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı burada istirahət edən sakinlərlə görüşüb.
Bu bulvardakı “Bulvar Hotel”dən Bayıl bulvarındakı Bakı Su İdmanı Sarayının qarşısınadək xüsusi qatarlar da hərəkət edəcək. Qatarların bulvar boyu bir neçə yerdə dayanacağı olacaq.
Prezidentin sərəncamı ilə inşa olunan Bakı Ağ Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Burada gələcəkdə Uşaq kinoteatrının inşası da nəzərdə tutulub. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Bundan başqa, açıq havada yaradılan trenajor sahəsi də istirahətə gələnlərin ixtiyarına veriləcək. Ağ Şəhər bulvarında 2 kilometr uzunluğu olan velosiped yolu yaradılıb.
Son xəbərlər
Son Xəbərlər