Prezidentlə xanımı MİDA-nın yeni kompleksinin açılışında

prezidentle-xanimi-mida-nin-yeni-kompleksinin-acilisinda
Oxunma sayı: 4930

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoyublar.

"Qafqazinfo" xəbər verir ki,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

***

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak ediblər.

***

Kompleksin ərazisində 161 saylı tam orta məktəbin binası da inşa edilib. Dövlət başçısı və birinci xanım məktəbdə və 240 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

***

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaşayış kompleksinin ümumi sahəsi 15,4 hektar olacaq növbəti mərhələsinin təməlqoyma mərasimində iştirak ediblər. 

Prezident İlham Əliyev yeni yaşayış kompleksinin təməlini qoyub.