Prokurorluq Salyandakı qətllə bağlı məlumat yaydı

prokurorluq-salyandaki-qetlle-bagli-melumat-yaydi
Oxunma sayı: 3644

Bu gün saat 10 radələrində 1982-ci il təvəllüdlü Nuranə Əliyevanın Salyan rayonu Yenikənd kəndi ərazisində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Salyan Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir.

Bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1972-ci il təvəllüdlü Ənvər İsbəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuranə Əliyevaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ənvər İsbəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.