PSJ Messi ilə danışıqlar apardığını təsdiqlədi

psj-messi-ile-danisiqlar-apardigini-tesdiqledi
Oxunma sayı: 1874

PSJ-nin baş məşqçisi Kristof Qaltye klubun Lionel Messi ilə yeni müqavilə üçün danışıqlar apardığını təsdiqləyib.

“Qafqazinfo”  GFFN-ə istinadən xəbər verir ki, o deyib: 

“Biz Luis Kampos və rəhbərliklə gələn mövsüm nələrin baş verəcəyi üzərində işləyirik. İnsanların daha rəqabətədavamlı olmaq üçün nəyi təkmilləşdirməli olduğumuza dair müxtəlif fikirləri var. Hazırda iki tərəf arasında danışıqlar aparılır. Şəxsən mən bütün diqqətimi Liqa 1 çempionu olmaq üçün qarşıdakı 10 oyuna yönəltmişəm. Messi və klubun nə qərar verəcəyi məxfidir”.

Qeyd edək ki, argentinalı hücumçunun Paris təmsilçisi ilə hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.