PSJ-ni o çalışdıra bilər

psj-ni-o-calisdira-biler
Oxunma sayı: 1460

İtaliya millisinin baş məşqçisi Roberto Mançini “Paris Saint-German”ı çalışdırmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Il Messaggero” məlumat yayıb.

Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis karyerasında yeni mərhələyə başlamaq imkanlarını nəzərdən keçirir.

Qeyd edək ki, Mançini klub səviyyəsində Sankt-Peterburqun “Zenit”, İngiltərənin “Mançester Siti” və İtaliyanın “Latsio” və “İnter” klublarında çalışıb.