Pulları onlar qaytaracaq – Siyahı

pullari-onlar-qaytaracaq-siyahi
Oxunma sayı: 685

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" qərarın mətnində deyilir.

Komissiyaya Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev başçılıq edir. Komissiyanın tərkibinə Səhiyyə, Daxili İşlər, Maliyyə, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri daxildir.

Əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi və bu işin təşkil edilməsi, o cümlədən bu işin icrası üçün "Kapital Bank" tərəfindən müddətli əmək müqavilələri əsasında əlavə işçi qüvvəsinin cəlb edilməsi, onların yerləşdirilməsi xərclərinin ödənilməsi, maddi-texniki və proqram təminatı məsələlərinin həll edilməsi məqsədi ilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ilkin olaraq 300 milyon manat ayrılacaq.