Putin bu şərtlə Ukrayna ilə sülh olacağını açıqladı

putin-bu-sertle-ukrayna-ile-sulh-olacagini-aciqladi
Oxunma sayı: 6717

“Məqsədlərimizə nail olanda sülh olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

“Məqsədlər dəyişmir. Bu Ukraynanın denazifikasiya, demilitarizasiyasıdır”, - Putin bildirib.

“Denazifikasiya ilə bağlı nə baş verir? Kiyevdə onlar iddia edirdilər ki, orada nasist yoxdur, lakin Kiyev administrasiyasının rəhbəri keçmiş Sovetlər Birliyi əsgərini ayaqda alqışlayanda bu, nasizmin təzahürü deyildimi?” – Rusiya Prezidenti qeyd edib.

Vladimir Putin əlavə edib ki, Ukraynanın demilitarizasiyası da gedir:

“Qərblilərin vəd etdiyi hər şeyi Ukrayna aldı. Ancaq biz sadəcə olaraq əks-hücum adlandırılandan başlayaraq, 747 tankı, demək olar ki, 2,3 min müxtəlif sinifli zirehli texnikanı məhv etdik. Bu demilitarizasiyadır”.