“Qafqazinfo” BBC azərbaycancaya istinadən xəbər verir ki, internet məkanında isə onun “yoxa çıxması”, artıq adətə çevrilmiş yaradıcı memelər - yəni, yumoristik şəkillər vasitəsilə şərh olunub.
Təbii ki, bəziləri onun ağacdələn sürən mışovulun belinə minib ictimai nəzərdən qaçmaq istədiyini güman edib.

Rusiya liderinin xəstələndiyini düşünənlər də az olmayıb.
"Yəqin ki, putin qrip tutub. Soyuq müharibələr buna görə təhlükəlidir!"

Günlər keçdikcə onun ölümü barədə şaiyələr də interneti bürüməyə başladı.
"Görünür ki, Putini iflic vurması barədə şayiələr düzgündür. Bu da eksklüziv foto:"

Azərbaycanda bir çox İnternet istifadəçisi cənab Putinin İslamı qəbul etdiyini istisna etməyib.


Amma bəzilərinin fikrincə həddən artıq məşğul olan lider sadəcə çemodanlarını yığıb günəşin altında uzanmaq qərarına gəlib.
"Putinin gizli dəfn mərasimindən şok edici görüntülər"

"İtkin: Siz məni görmüsünüzmü? Bu nömrəyə zəng edin" - Amerikada əsasən 1970-ci illərdə süd kartonları itkin düşmüş uşaqların fotoları ilə çap olunurdu

Səbəbindən asılı olmayaraq, cənab Putin bazar ertəsi günü yenidən peyda olub və Sankt-Peterburqda qırğız həmkarı Almazbek Atambayevlə görüşüb.

Son xəbərlər
Son Xəbərlər