Putin Kim Çen Ina avtomobil hədiyyə edib

putin-kim-cen-ina-avtomobil-hediyye-edib
Oxunma sayı: 2216

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina yerli istehsal olan avtomobil hədiyyə edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb. 

Məlumatda Putinin Şimali Koreya liderinə məhz hansı avtomobili hədiyyə etməsi açıqlanmasa da, hədiyyənin fevralın 18-i Kim Çen Inın bacısı Kim Yo Çjona təqdim edildiyi qeyd olunub. 

Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə öz növbəsində jurnalistlərə açıqlamasında agentliyin yaydığı məlumatı təsdiq edib. Onun sözlərinə görə, Putin Kim Çen Ina “Aurus” markalı avtomobil bağışlayıb. Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

Xatırladaq ki, Kim Çen Inın 2023-cü ilin sentyabrında Rusiyaya səfəri zamanı Putin həmkarına “Aurus” avtomobilini nümayiş etdirib. Putin bu zaman Kim Çen Inla görüşə də məhz həmin avtomobillə gedib.