Putin Laricani ilə görüşdü

putin-laricani-ile-gorusdu
Oxunma sayı: 292

Rusiya Prezidenti Vladimir Putin Kremldə İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani ilə gözlənilməz görüş keçirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Məlumata görə, Kreml Laricaninin Moskvaya səfərini əvvəlcədən elan etməmişdi.

Görüş İran və ABŞ arasında münasibətlərin kəskinləşdiyi, hərbi qarşıdurma riskinin artdığı bir vaxtda baş tutub. Yanvarın 30-da ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə silahı ambisiyalarından imtina etməli olduğunu bəyan edərək, Fars körfəzinə güclü hərbi donanma göndərildiyini xatırladıb.

Xatırladaq ki, yanvarın 16-da Putin və İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən telefon danışığında regionda gərginliyin azaldılması və problemlərin yalnız diplomatik yollarla həlli vurğulanmışdı.