Putin miqrantlarla bağlı tapşırıq verdi

putin-miqrantlarla-bagli-tapsiriq-verdi
Oxunma sayı: 14505

“Miqrasiya sahəsində vəziyyət milyonlarla vətəndaşımızı narahat edir. Bunu nəzarətdə saxlamaq lazımdır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu sözləri Rusiya Baş Prokurorluğunun kollegiyasının iclasında deyib.

O bildirib ki, departamentə miqrasiya sahəsində qanunun aliliyinə riayət olunması da daxil olmaqla, cinayətə qarşı qabaqlayıcı tədbirlər sistemi üzərində düşünməyi tapşırıb.