Putin “Nobel”ə namizəd göstərildi

putin-nobele-namized-gosterildi
Oxunma sayı: 1654

Rus yazıçı Sergey Komkov Prezident Vladimir Putinin 10 sentyabr 2021-ci il tarixində Nobel Sülh Mükafatına namizəd göstərilməsi üçün müraciət etdiyini açıqlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Komkov bu barədə “Rusiya Prezidenti Vladimir Putinin 2021-ci ildə Nobel Sülh Mükafatına namizəd göstərilməsi” ilə bağlı keçirilən mətbuat konfransında açıqlama verib.

O, namizədlik üçün müraciətlərin sentyabr ayında başladığını və oktyabr ayında sona çatacağını bildirib. Komitə mart ayına qədər onları nəzərdən keçirəcək və mart-aprel aylarında təkliflərini göndərən hər kəsə müraciətin qəbul edildiyi, baxıldığı və qeydiyyata alındığı barədə məlumat göndəriləcək.

Prezidentin mətbuat katibi Dmitri Peskov Putinin “Nobel”ə namizəd göstərilməsinə münasibət bildirib: “Bilirsiniz ki, bu mükafata müxtəlif insanların namizədliyi irəli sürülür. Və bu, belə bir təkliflə çıxış edənlərin təşəbbüsüdür. Bu halda təşəbbüskar qeyd etdiyiniz yazıçıdır. Namizədlərə baxmağın müəyyən bir proseduru var. Qərar verilsə, çox gözəl olar. Verilməsə də dəhşətli bir şey deyil. Burada başqa bir şey söyləmək çətindir”.