Putin onlayn səs verdi - Video

putin-onlayn-ses-verdi
Oxunma sayı: 3217

Rusiya prezidentliyinə namizəd, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində onlayn səs verib.

“Qafqazinfo” xəbər verir ki,  bu haqda TASS məlumat yayıb.

Görüntülərdə o, kabinetində kompüterin qarşısına keçib, seçimini edib, daha sonra gülümsəyərək kameraya əl yelləyib.

Qeyd edək ki, Rusiyada prezident seçkilərində onlayn səsvermə ilk dəfə istifadə olunub. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçiriləcək.