Putin Paşinyanla Qarabağda təhlükəsizlik məsələlərini müzakirə etdi - Yenilənib

putin-pasinyanla-qarabagda-tehlukesizlik-meselelerini-muzakire-etdi
Oxunma sayı: 5245

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, danışıqlar Novo-Oqaryovo iqamətgahında keçirilir.

***

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağda təhlükəsizlik məsələlərini müzakirə edəcəyini bildirib:

"Əlbəttə ki, təhlükəsizlik məsələləri, o cümlədən Qarabağla bağlı məsələlər də diqqət mərkəzində olacaq. Hələ çox məsələlər var. Pandemiya dövrünə baxmayaraq sizinlə görüşlərimiz müntəzəmdir”, - Putin Paşinyana bildirib.

***

Ermənistanın Baş nazirinin Rusiyaya səfəri zamanı iki ölkə rəhbəri arasında əməkdaşlığa dair sənədlər paketi imzalanıb.

***

Putinlə Paşinyanın görüşü başa çatıb.