“Rusiya Prezidenti Vladimir Putin Kiyevə zərbələri 1 fevral tarixinədək dayandırmağa razılıq verib”.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“ABŞ Prezidenti Donald Tramp danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə Prezident Putindən bir həftəlik, 1 fevral tarixinədək Kiyevə zərbələr endirməməyi şəxsən xahiş edib”, - Peskov deyib.
Rəsmi Kiyev isə Rusiya tərəfinin Ukraynanın enerji obyektlərinə hücumları dayandırması halında eyni addımı atacaqlarını açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər