“Putin və Zelenski arasında telefon danışığı baş tuta bilər”

putin-ve-zelenski-arasinda-telefon-danisigi-bas-tuta-biler
Oxunma sayı: 613

Son 5 ildə ilk dəfə olaraq Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı baş tuta bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” telekanalına ABŞ Prezidenti Donald Trampla Zelenski arasında ötən gecə keçirilmiş danışıqların gedişatından xəbərdar olan mənbə bildirib.

ABŞ tərəfi hesab edir ki, Rusiya və Ukrayna liderləri arasında birbaşa telefon danışığının təşkili Tramp üçün diplomatik uğur ola bilər. 

Bununla belə, mənbənin sözlərinə görə, bu məsələdə əsas maneə Putinin Zelenski ilə birbaşa danışmaq istəməməsidir. 

Qeyd edək ki, Putin və Zelenski arasında son telefon danışığı 26 iyul 2020-ci il tarixində baş tutub. O vaxtdan indiyədək Putin dəfələrlə birbaşa danışıqlardan imtina edib, Ukrayna ordusunun 2024-cü ildə Kursk vilayətində apardığı əməliyyatından sonra isə danışıqlar üçün mümkün ehtimallar da aradan qalxıb.