Putinlə Əhməd əl-Şaraanın görüşü başladı - Video - Yenilənib

putinle-ehmed-el-saraanin-gorusu-basladi
Oxunma sayı: 2056

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Moskvaya səfər edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Suriya liderinin təyyarəsi “Vnukovo-2” aeroportunda yerə enib.

Əl-Şaraa Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. 

Xatırladaq ki, Suriyanın keçid dövrü prezidenti ilk dəfə ötən il oktyabrın 15-də Moskvaya səfər etmişdi. Bu, Suriyada hakimiyyətin dəyişməsindən sonra iki ölkə arasında ilk yüksəksəviyyəli görüş olmuşdu.

***

Kremldə Vladimir Putinlə Əhməd əl-Şaraa arasında görüş başlayıb.