Zelenski azərbaycanlı döyüşçünü təltif edib - Fotolar

zelenski-azerbaycanli-doyuscunu-teltif-edib
Oxunma sayı: 892

Ukrayna Prezidenti Volodimir Zelenski daha bir azərbaycanlını təltif edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu sosial şəbəkə hesablarında paylaşıb.

Məlumata görə, Emin Həsənov Zelenski tərəfindən “İgidliyə görə” ordeni ilə təltif olunub. 

Bildirilib ki, E.Həsənov 2015-ci ildən könüllü olaraq Ukrayna ordusunda xidmət edir. Döyüş yoldaşlarının “Türk” ləqəbi verdiyi Həsənov Kyevin müdafiəsi, həmçinin Donbass, Zaporojye, Xarkov istiqamətlərində döyüşlərdə iştirak edib.