Xocavənddə əmək yarmarkası keçirildi - Foto

xocavendde-emek-yarmarkasi-kecirildi
Oxunma sayı: 297

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi və SOCAR-ın Qaz İxrac İdarəsinin birgə təşkilatçılığı ilə Xocavənd şəhərində əmək yarmarkası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçirilmiş yarmarkada qaz paylayıcı stansiyanın operatoru vəzifəsi üzrə vakansiyalar təqdim olunub.

Aktiv məşğulluq tədbirində vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Bundan başqa, yarmarkaya qatılan şəxslər Agentliyin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.