“Qadınlar karnavalı”na yüz minlərlə insan qatıldı - Fotolar

qadinlar-karnavalina-yuz-minlerle-insan-qatildi
Oxunma sayı: 8435

Almaniyada “5-ci Mövsüm” adlı karnaval çərçivəsində keçirilən “Qadınlar karnavalı”na yüz minlərlə insan qatılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə Reyn çayı hövzəsi ətrafında yaşayan katoliklərə xas bir ənənə olaraq yaşadılan və hər il 11-ci ayın 11-i saat 11.11-də başlayan “5-ci Mövsüm” karnaval şənlikləri Köln, Düsseldorf və Mainz kimi şəhərlərdə keçirilir.

Karnavalın paytaxtı sayılan Kölndə keçirilən “Qadınlar karnavalı” üçün müxtəlif geyimlərdə küçələrə çıxan insanlar yağış və tufana baxmayaraq rəngli görüntülər yaradıblar.

Yüz minlərlə insanın şəhərin küçələrində bayram keçirməsi səbəbindən bir çox küçələr bağlanıb və nəqliyyatın hərəkətində problemlər yaranıb.