İspaniya La Liqasının 15-ci turunda “Real” evdə “Selta Viqo”nu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, gərgin keçən matçda madridlilər rəqibinə 0:2 hesabı ilə uduzub.
Qarşılaşmada “kral klubu”nun iki futbolçusu qırmızı vərəqə görüb.
Əvvəlcə Fran Qarsiya 64-cü dəqiqədə meydandan qovulub. 90+1-ci dəqiqədə isə Alvaro Karreras qırmızı vərəqə alıb.
Ehtiyat oyunçular skamyasında isə Endrik hakimin “qırmızı”sına tuş gəlib.
“Real”ın baş məşqçisi Xabi Alonsonun taleyi də sual altına düşüb. Onun son 5 oyunun yalnız birində qələbə qazanması klub prezidenti Florentino Perezi qəzəbləndirib.
Son xəbərlər
Son Xəbərlər