Qanunsuz tikilən binada söküntü işləri başladı - Video + Yenilənib

qanunsuz-tikilen-binada-sokuntu-isleri-basladi
Oxunma sayı: 10957

Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə ünvanında aparılan qanunsuz tikinti ilə bağlı söküntü işlərinə başlanılıb. 

"Qafqazinfo"da yayımlanan şikayətdən sonra əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) nümayəndələri gəlib.

Saytımızın əməkdaşları da hadisə yerindədir və söküntü prosesini izləyir. 

Həmçinin oxuyun: FHN tikintiyə qadağa qoysa da, gecə ilə iş gedir - Fotolar

***

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Faiq Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşların şikayəti əsasında iki hündürmərtəbəli binanın yaxınlığında aparılan tikintiyə baxış keçirilib:

"Qanunsuz tikinti aşkarlanaraq sökülməsinə qərar verilib. Hazırda söküntü işləri gedir. Göstəriş və qərarlara əməl edilmədən tikinti işləri aparıldığı üçün söküntü həyata keçirilir. Söküntünü Rayon İcra Hakimiyyəti, Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə aparırıq.

Torpağın kupçası və ya hər hansı bir şəhadətnaməsinin olmasına baxmayaraq,  tikinti razılaşdırılmış qaydalara uyğun həyata keçirilməlidir. Birinci mərtəbədə tikinti layihədən kənar həyata keçirilib. Ona görə də söküntü işlərinin aparılmasına qərar verilib".