“Biz istərdik ki, müəllimlərin sırasında kişilərin də sayı artsın”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məlisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatının müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova bildirib.
“Biz onu da qəşəng bilirik ki, yuxarı pillələrə gələndə daha çox kişiləri görürük, nəinki qadınları. Bunun da bir sıra səbəbləri var. Müəllimlərin professionallığının artması vacib məsələdir. Bizim uşaqlar, auditoriyamız dəyişilib. Bir düymə ilə dünya onların qarşısında olur. Gərək sən elə nüfuzlu olasan ki, o uşağa nəsə öyrədə biləsən”, - komitə sədri bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər