Rusiya Prezidenti Vladimir Putin ikigünlük dövlət səfəri üçün Çinə gedib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
“Prezidentin təyyarəsi Pekin hava limanına enib”, - agentliyin teleqram kanalında bildirilib.
Qeyd olunur ki, səfərin əsas iş günü mayın 20-dir, Putin və Si Cinpinin məhdud tərkibdə danışıqları, ardınca isə nümayəndə heyətləri ilə geniş tərkibdə görüşü olacaq.
Son xəbərlər
Son Xəbərlər