“Qanun”un əməkdaşı istintaqda dindirildikdən sonra öldü

qanunun-emekdasi-istintaqda-dindirildikden-sonra-oldu
Oxunma sayı: 4147


"Qafqazinfo" xəbər verir ki, mərhumun yaxınlarından AzNews.az-a verilən məlumata görə, o ürəyindəki ağrılardan əziyyət çəkirmiş, istintaqda dindirildikdən sonra isə vəziyyəti bir qədər də pisləşib: “İstintaqda 6 saat dindirilmişdi, deyəsən, orada bərk əsəbiləşmişdi. Oradan qayıdandan sonra vəziyyəti kəskinləşdi, ürək ağrıları bir az da çoxaldı. Dünən saat 16 radələrində isə vəfat etdi”. 

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu da Nəriman Musayevin ölümündə İstintaqın günahının olmasına eyham vurub. O özünün facebook səhifəsində yazıb: “Bu gün nəşriyyatımız üçün çox böyük itki olub. Sədaqətli dost, təcrübəli çapçı Nəriman kişi ürəktutmasından rəhmətə gedib. Saat 11:00 də işə zəng edib ki, narahatdır işə gəlməyəcək. Saat 16:00 da isə dünayasını dəyişib. Bu yaxınlarda onu vergi istintaqına çağırıblar. Müstəntiq “sən hansı kitabları çap etmisən”, “niyə “Qanun”da işləyirsən” kimi suallar verib”.

Xatırladaq ki, Vergilər Nazirliyi "Qanun" Nəşrlər Evini 150 min manat cərimə edib. Bununla bağlı nəşriyyatla əməkdaşlıq edən tanınmış tərcüməçi, yazıçılar və digər şəxslər istintaqa çağırılır.