“Qanunvericilikdəki çatışmazlıqlar problemlərə səbəb olub”

qanunvericilikdeki-catismazliqlar-problemlere-sebeb-olub
Oxunma sayı: 1600

“Təklif etdiyimiz məsələ mənzil fondu ilə əlaqədardır. Auditlərdə Dövlət Mənzil Fondu ilə əlaqədar qanunvericilikdə çatışmazlıqlar praktiki problemlərə səbəb olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  deyib.

O bildirib ki, məsələ Dövlət Mənzil Fondu ilə təmin edilməli şəxslərin dairəsinin dəqiqləşməsi, üstün mənzil təminatı olan hüquqi şəxslərin Mənzil Məcəlləsində nəzərə alınmamasıdır: “Yəni bu şəxslər qazilər və şəhid ailələridir. Şəhid ailələrinə edilən güzəştlərin haqqında qanunda mənzil şəraitinin yaxşılaşdırılması ehtiyacı olan şəhid ailələrinin yaşayış sahələrinin birinci növbədə təmin edilməsi hüquqlar təsbit olunub. Lakin Mənzil Məcəlləsində şəhid ailələri, müharibə nəticəsində əlil olan olan şəxslərin üstün hüququ fərqləndirilmir”.

Zaur Mirzə