Qapının “doqquzluğu”na elə zərbə vurdu ki... - Video

qapinin-doqquzluguna-ele-zerbe-vurdu-ki
Oxunma sayı: 2494

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İspaniya Super Kubokunun yarımfinalında Madrid derbisi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, “Real Madrid” əzəli rəqibi “Atletiko”nu 2-1 hesabı ilə məğlub edərək turnirin finalına vəsiqə qazanıb.

“Kral Abdullah İdman Şəhəri” stadionunda keçirilən qarşılaşmanın taleyini Xabi Alonsonun yetirmələri ilk hissədən həll etməyə başlayıblar. Matçın startından cəmi 75 saniyə sonra Federiko Valverde 25 metrlik məsafədən cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını önə keçirib.

“Kral Klubu” 55-ci dəqiqədə Rodriqonun qolu ilə fərqi ikiyə çatdırsa da, 58-ci dəqiqədə “Atletiko”nun hücumçusu Aleksandr Sörlot baş zərbəsi ilə fərqi minimuma endirib. Matçın son dəqiqələri qarşılıqlı hücumlarla keçsə də, hesab dəyişməyib.

Bu qələbə ilə “Real Madrid” yanvarın 11-də keçiriləcək final matçında əzəli rəqibi “Barselona” ilə “El Klasiko”ya çıxacaq.

Valverdenin Yan Oblakın qoruduğu qapının “doqquzluğuna” göndərdiyi zərbəni təqdim edirik: