“Qarabağ” Azərbaycan Kubokunda 1/4 finala adladı

qarabag-azerbaycan-kubokunda-14-finala-adladi
Oxunma sayı: 2297

“Qarabağ” Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qəbələ” ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası bu matçda 2:0 hesablı qələbə qazanıb. 

Ağdamlılar bu qalibiyyətlə 1/4 finala adlayıb. 

“Qarabağ”ın ilk qolunu Abdulla Zubir vurub. İkinci qol isə “Qəbələ”nin futbolçusu Murad Musayevin passivinə yazılıb. Müdafiəçi avtoqolla yadda qalıb.