Yenə Elvin! - Canlı-Yenilənir

yene-elvin
Oxunma sayı: 5684

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun kollektivi İngiltərədə “Nyukasl”la münasibətlərə aydınlıq gətirəcək.

Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Xatırladaq ki, Bakıdakı ilk görüşdə “Nyukasl” 6:1 hesabı ilə qalib gəlib.

***

Komandaların start heyətləri açıqlanıb.

“Nyukasl”: Eron Ramzdeyl, Sven Botman, Joelinton, Sandro Tonali, Xarvi Barns, Uilyam Osula, Kiran Tripper (k), Ceykob Mörfi, Nik Voltemade, Den Bern, Aleks Mörfi

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Joni Montiel, Bədavi Hüseynov (k), Dani Bolt, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

***

Matç başladı.

***

5-ci dəqiqədə meydan sahibləri hesabı açır. Sandro Tonali fərqlənir.

***

6-cı dəqiqədə Joelinton hesab arasında fərqi artırır.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

50-ci dəqiqədə Kamilo Duran təmsilçimizin ilk qolunu vurur.

***

52-ci dəqiqədə Sem Botman ingilislərin 3-cü qolunu vurur.

***

56-cı dəqiqədə təmsilçimiz penaltini qeyr-dəqiq yerinə yetirsə də, ikinci zərbə ilə Elvin Cəfərquliyev adını tabloya yazdırmağı bacarır.