“Qarabağ” “Səbail”i darmadağın etdi - Video

qarabag-sebaili-darmadagin-etdi
Oxunma sayı: 2586

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Qarabağ” autsayder “Səbail”i qəbul edib. Qarşılaşmanın baş hakimi Elçin Məsiyev olub. Ağdam təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edib.

Turun daha öncə keçirilmiş oyunlarında “Şamaxı” “Sumqayıt”a (1:0), “Sabah” “Turan Tovuz”a (2:1) qalib gəlib. “Araz-Naxçıvan” – “Kəpəz” matçı qolsuz (0:0) yekunlaşıbsa, “Zirə” evdə “Neftçi”yə uduzub – 1:2.

Azərbaycan Premyer Liqası
22-ci tur
11 fevral

“Qarabağ” – “Səbail” 5:0
Qollar:
Yassin Benzya, 76. Leandro Andrade, 80; 85. Kadi Borges, 88. Nəriman Axundzadə, 90+3.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.