Qarabağ Universitetində erməni müəllimlər də dərs deyəcək?

qarabag-universitetinde-ermeni-muellimler-de-ders-deyecek
Oxunma sayı: 3030

Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində erməniəsilli müəllimlərin dərs deyib-deməyəcəyi haqda sualı cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir bu gün keçirdiyi brifinqdə danışıb.

O qeyd edib ki, ölkəmiz həmişə bu baxımdan tolerant olub: “Azərbaycan insanların etnik kimliyindən asılı olmayaraq tolerant ölkədir. Azərbaycan təhsilində də bu həmişə olub və indi də var”.

Gülnar Əliyeva