“Qarabağ və Şərqi Zəngəzurda güzəştlərin müddəti uzadıla bilər” - Video

qarabag-ve-serqi-zengezurda-guzestlerin-muddeti-uzadila-biler
Oxunma sayı: 481

“Qarabağ və Şərqi Zəngəzurda güzəştlərin müddəti uzadıla bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC və İTV-yə müsahibəsində bildirib.

“Növbəti mərhələdə biz Böyük Qayıdışa dair İkinci Dövlət Proqramı çərçivəsində, bir az öncə qeyd etdiyim vergi, gömrük, sosial ödənişlər və kommunal bağlantılar üzrə güzəştləri nəzərdə tutaraq, güzəşt müddətlərinin uzadılmasını, yeni təşviq mexanizmlərinin tətbiqini, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini, o cümlədən kredit faizlərinin subsidiyalaşdırılması və digər alətləri, geoloji tədqiqatların davam etdirilməsini və insan kapitalının gücləndirilməsini əsas hədəflər kimi müəyyənləşdirəcəyik”, - nazir bildirib.