Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Ukraynanın “Vorskla” klubunu qəbul edəcək.
Əvvəlki iki görüşdə uduzan hər iki komanda bugünkü matçda ilk xalını və ya xallarını qazanmağa çalışacaq. Çünki bu oyundakı xal itkisi növbəti mərhələ şansını heçə endirə bilər.
Qeyd edək ki, E qrupunun digər oyununda “Sportinq” “Arsenal”ı qəbul edəcək.
25 oktyabr
Avropa Liqası
Qrup mərhələsi, 3-cü tur
20:55. “Qarabağ” (Azərbaycan) – “Vorskla” (Ukrayna)
Baş hakim: Roi Reinshreiber (İsrail)
Bakı Olimpiya Stadionu
20:55.”Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
.png)
***
Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:
“Qarabağ”: 13. Vagner da Silva, 5. Maksim Medvedev, 14.Rəşad Sadıqov, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Аraz Abdullayev, 17.Abdullah Zubir, 7. İnnosent Emeqara.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 28. Con Delarj, 91. Coşqun Diniyev, 11. Mahir Mədətov.
“Vorskla”: 1.Boqdan Şust, 82. Pavel Rebenok, 4. İqor Perduta, 5. Nacib Yakubu, 6. Aleksandr Sklyar, 17. Vladimir Çesnakov, 23. Vadim Sapay, 44. Ardin Dalku, 11.Vyaçeslav Şarpar, 10.Vladislav Kulaç, 26. Yuri Kolomoeç.
Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 8. Artem Qabelok, 9. Mixail Serqiyçuk, 13. Maryan Mısik, 14. Nikolas Kareka, 19. Vladimir Odaryuk, 33. Aleksandr Çijov.
***
Oyun başladı.
***
Artıq 1-ci hissənin 30 dəqiqəsi arxada qalsa da, hesab hələ ki, açılmayıb- 0:0.
***
Komandalar fasiləyə yollandı.
***
İkinci hissə başladı.
***
Vladislav Kulaç 48-ci dəqiqədə hesabı açdı. “Qarabağ” 0:1 hesabı ilə geridədir.
***
Matç Ağdam klubunun məğlubiyyəti ilə bitdi.
Fotolar: Pərvin Zeynal





















Son xəbərlər
Son Xəbərlər