Qarabağın 3D xəritəsi hazırlanır - Video

qarabagin-3d-xeritesi-hazirlanir
Oxunma sayı: 1955

İşğaldan azad edilmiş ərazilərimizlə bağlı “Google” və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, yenilənmə və 3D xəritənin hazırlanması işində “LİDAR” cihazından istifadə olunur. Yaxın gələcəkdə onlayn xəritələrdə şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adları Azərbaycan dilində göstəriləcək.

Xəbəri rus dilində oxuyun: Готовится 3D-карта Карабаха - Видео

Qeyd edək ki, 3D xəritəni “4MAPS Bilgi Teknolojileri” MMC hazırlayır. “MMC “Apple Maps” “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir. Şirkətin əsas fəaliyyət sahəsi coğrafi (xəritə) məlumatların toplanması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin də göstərilməsi planlaşdırılır.