“Qarabağ”ın futbolçusu 1 ildən sonra meydana çıxdı

qarabagin-futbolcusu-1-ilden-sonra-meydana-cixdi
Oxunma sayı: 7966

“Qarabağ”ın futbolçusu Abbas Hüseynov 1 ildən sonra komandasının heyətində meydana çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, Ağdam komandasının “Kəpəz”ə qarşı keçirdiyi matçın 70-ci dəqiqəsində Toral Bayramovu əvəzləyib.

Ötən il qış fasiləsində zədələnən müdafiəçi bu mövsüm ilk dəfə meydançaya ayaq basıb.

Qeyd edək ki, qarşılaşmada “Qarabağ” 7:1 hesabı ilə qalib gəlib.