“Qarabağ”ın rəqibi baş məşqçisiz qalacaq

qarabagin-reqibi-bas-mesqcisiz-qalacaq
Oxunma sayı: 2860

“Hekken” tezliklə baş məşqçisiz qala bilər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Aftonbladet” məlumat yayıb.

Belə ki, Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan komandanın baş məşqçisi Per-Matias Hegmo ötən gün mətbuata klubu tərk edəcəyini açıqlayıb. 

Norveçli mütəxəssisin Yaponiyanın “Urava Red Diamonds” komandasına rəhbərlik edəcəyi bildirilib. 

Qeyd edək ki, “Qarabağ” və “Hekken” dekabrın 14-də Bakıda, saat 21:45-də üz-üzə gələcək.