“Qarabağ”ın rəqibi məşhur futbolçunu transfer etdi

qarabagin-reqibi-meshur-futbolcunu-transfer-etdi
Oxunma sayı: 3078

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Olimpiakos” (Yunanıstan) heyətini məşhur futbolçu Villianla gücləndirib.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Braziliya millisinin sabiq üzvü daha əvvəl İngiltərədə “Çelsi”, “Arsenal” və “Fulhem” kimi klubların şərəfini qoruyub.

“Qarabağ” “Olimpiakos”la 2025-ci il yanvarın 30-da səfərdə qarşılaşacaq.