“Qarabağ”ın Xankəndi yolu... - Fotolar

qarabagin-xankendi-yolu
Oxunma sayı: 6875

Məlum olduğu kimi, bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək.

Ötən gün “Qarabağ”ın kollektivi Heydər Əliyev Beynəlxalq Hava Limanından Füzuli aeroportuna yola düşüblər.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntüləri futbol klubu feysbuk səhifəsində paylaşıb.

Qeyd edək ki, maraqla gözlənilən qarşılaşma saat 14:00-da start götürəcək.