Qaradağda avtomobil yük maşını ilə toqquşdu - Yaralananlar var+Video

qaradagda-avtomobil-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 3776

Bu gün saat 17:45 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 39-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli “Qafqazinfo”ya bildirib ki, eyni istiqamətdə hərəkətdə olan "Changan" markalı minik avtomobili ilə "Hyundai" markalı yük avtomobili toqquşub və zərbənin təsiri nəticəsində "Changan" markalı avtomobil aşıb.

Hadisə zamanı "Changan" markalı nəqliyyat vasitəsində olan iki nəfər sərnişin xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Amin Nəzərli

Həmçinin oxuyun: Скончалась 23-летняя женщина, впавшая в кому после операции