Qaraj yandı, “Fiat”a ziyan dəydi

qaraj-yandi-fiata-ziyan-deydi
Oxunma sayı: 676

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 20 m² olan qarajın içərisində taxta qırıntıları 5 m² sahədə, yaxınlıqda məişət tullantıları üçün ayrılmış 3 ədəd plastik qutu yanıb.

Yüksək temperaturdan yaxınlıqda dayanan "Fiat" markalı minik avtomobilinin ön hissəsi əriyib. 

Qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.