Qarasu çayından sel keçib - Faktiki hava

qarasu-cayindan-sel-kecib
Oxunma sayı: 3263

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, iyunun 7-si saat 18:00-a olan məlumata əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Qeyd edilib ki, Daşkəsən, Göygöl, Balakən, Qrızda duman müşahidə olunub.

Saat 17:00 radələrində Zərdab rayonu ərazisindən axan Qarasu çayından sel keçib.