“Qardaşımın nə problemi ola bilərdi?” - Taleh Qaraşov

qardasimin-ne-problemi-ola-bilerdi
Oxunma sayı: 8571

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Qaraşov odlu silahdan atəş açaraq intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Manset.az-a açıqlamasında qardaşının intihar etmədiyini bildirib.

“Qardaşımın heç bir problemi yox idi. Bu hadisə sırf ehtiyatsızlıq səbəbindən baş verib. Onun nə problemi ola bilərdi? Kürdəmirdə evdə silah təmizləyəndə ehtiyatsızlıqdan atəş açılıb. Yazırlar ki, “Kalaşnikov”la özünü güllələyib, belə şey yoxdur. Əlində ov tüfəngi olub, məsələ araşdırılır”, - icra başçısı vurğulayıb.

Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq isə Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb. Baş Prokurorluq intihar hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə işin başlandığını açıqlayıb.