Goranboy rayonunda dəhşətli ölüm hadisəsi baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə rayonun Xanqərvənd kəndində, gecə 23 radələrində olub.
Evdə olan iki qardaş birlikdə oyun oynayıblar. Oyunun sonu isə mübahisə ilə başa çatıb. 2004-cü il təvəllüdlü X. Məmmədov mətbəx bıçağı ilə qardaşı 2002-ci təvəllüdlü İ Məmmədovun ürəyindən bir bıçaq zərbəsi ilə vuraraq öldürüb.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
***
“Trend”in məlumatına görə, qardaşını qətlə yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü X.Məmmədov keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib və istintaq hərəkətləri davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər