Qarğıdalı sahəsində 185 çətənə kolu əkib - Video

qargidali-sahesinde-185-cetene-kolu-ekib
Oxunma sayı: 508

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, Balakən RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb. Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 ədəd çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb, E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.