Qaşıqçının parçalanmış cəsədi çamadanlarla belə daşınıb - Video

qasiqcinin-parcalanmis-cesedi-camadanlarla-bele-dasinib
Oxunma sayı: 7318

Səudiyyə Ərəbistanın İstanbul səfirliyində öldürülən jurnalist Kamal Qaşıqçının cəsədinin parçalarının çamadanlarla daşındığı anın video görüntüləri yayılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, kadrlarda boğularaq öldürülən jurnalistin cəsədinin 15 nəfərlik bir qrupla daşındığı görülür.

Xatırladaq ki, jurnalist oktyabrın 2-də İstanbul səfirliyinə girdikdən sonra ondan xəbər alına bilməmişdi. 18 gün sonra isə səfirlik jurnalistin öldürüldüyünü təsdiq etmişdi.